Slavco ilə son vida !!!

Mühafizənin azarkeşdən qoruduğu, və setkalar arxasından vidalaşdığımız Terminatorumuz SLAVCO getdi !!! Bəlkədə bu son vidası idi.
Sevdiyimiz qəhrəmanımız, uduzssaq belə gəlib azarkeşə çox sağol deyən və hətda azarkeşi alqışlayan qardaşımız. Sən həmişə qəlbimizdəsən!
Digər oyunçular baxıb ibrət götürün, məğlub olanda və ya udanda maaş almağa qaçmayın! Sizi 90 dəqiqə dəstəkləyən azarkeşə tərəf yollanıb çox sağol demək elədə çətin deyil! ( Bu sözlər ən əsasda auditoriya görməyən, ümumiyyətlə özündən başqasını sevməyən Azərbaycanlı futbolçilara aiddir!!! )

Xəzər Çempion?

Sona 3 tur qalmış 6xal irəlidə olduğumuz xəzər lənkaranlılar çempionluqdan danışırlar, gör bu insanlarda fantaziya gücü nə qədərdida, heç bu barədə Çinli rejisorlar belə kino çəkə bilməz. Pul hesabına qalib gələn komanda, meydanda futboldan başqa hər şeyi bacaran komanda niyə bir dəfədə olsun oyun vəziyyətindən qol vurmayıb? Çünki standart vəziyyələrə inəkləri sağıb pul veriblər axı. Sorada jurnalistlərə varyoxsuz höcət pul verib deyirki Neftçini sıxışdırın. Belədiki qaç xəzər, çata bilməyəcəksən! Qatar çoxdan gedib, biz ÇEMPİONUQ !!!

Azərbaycanlıyıq deyə “Qarabağ”lıyıq


Biz 1937dən bəri 75 illik “Neftçi”liyik;

Biz 1999dan bəri azarkeşlik edən “Flaqman”lıyıq;

Biz Qarabağlı olmasaq da,Azərbaycanlıyıq deyə “Qarabağ”lıyıq;

Biz hansısa fərdə görə deyil,hansısa oyunçuya görə deyil,hansısa oyuna görə deyil,hansısa rəngə görə deyil,Biz ürəyimizdəki sevgimizə görə azarkeşlik edən azarkeşlərik!

Bizim fərqimiz budur!

Bizə yaraşan “Qarabağ”a yaraşmayan kiməsə görə “Əbədi Dost,Əzəli Rəqib” olduğumuz “Qarabağ”a olan vətənpərvərlik sevgimizi olduğu kimi davam etdirməkdi!

Axı biz 75 illik böyüklüyümüzü göstərməliyik.

Böyüklər həmişə nümunə olar ki,balacalar ibrət alsın!

imza: FlaqmaNi !